Zaqatalanın Maqov kəndində mədəniyyət evi və yerli bələdiyyə orqanının yerləşdiyi binada yanğın baş verib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, yanğın səhər saatlarında başlayıb. İlkin ehtimala görə, hadisə binada elektrik naqilində qısa qapanma səbəbindən baş verib.
Hadisə yerinə 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərdən biri hadisəyə müdaxilə edərkən xəsarət alıb. Hazırda dam örtüyü sındırılaraq binaya girməyə və yanğına müdaxilə etməyə çalışılır.
Yanğın nəzarət altına alınıb.

Azərbaycanda bələdiyyə binasında YANĞIN
0
0
0
0