Zaqatalada avtoqəza: üç nəfər xəsarət alıb
06 aprel 2013 23:56 (UTC +04:00)

Zaqatalada avtoqəza: üç nəfər xəsarət alıb

 

 Zaqatala rayonunda baş verən yol qəzasında üç nəfər xəsarət alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 126-cı kilometrliyində,  Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.  İki VAZ-2107 markalı,  90 LP 962  və 10 KR 347 dövlət qeydiyyat nişanlı avtomobilləri bir-biri ilə qarşı-qarşıya toqqaşıb.  Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və bir sərnişin Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. 

 

Zaqatala MRX-dan APA-ya verilən məlumatda Zaqatala rayonu ərazisndə baş verən qəza nəticəsində üç nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri ilə  Zaqatala MRX-a yerləşdirilməsi faktı təsdiqlənib və xəsarət alan şəxslərin adları açıqlanıb. Bunlar 1986-cı il təvəllüdlü, Zaqatala rayonu Göyəm kənd sakini Elnur Şəkərov, onun  həmkəndlisi 1990-cı il təvəllüdlü Namiq Qantarov və  1963-cü il təvəllüdlü, Qax rayonun Tasmalı kənd sakini Kərim Ramazanovdur.

 

Xəstəxanadan bildirilib ki, hazırda qəza nəticəsində xəsarət alan şəxslərin vəziyyəti orta-stabildir və müalicələri xəstəxanada davam etdirilir.  

 

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat bölmsində cinayət işi açılıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar