Zaqatalada yaşayış evinə basqın olub.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Zaqatalanın Muğanlı kəndində qeydə alınıb. Kənd sakini, 1938-ci il təvəllüdlü Cuma Əhmədovun yaşadığı evə girən maskalı şəxs ev sahibini hədələyərək evdə olan 1200 manat pulu götürərək gedib.
C. Əhmədov hadisə ilə bağlı dərhal polisə məlumat verib.
Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.