Baş prokuror Zakir Qaralov tərəfindən cari il iyulun 12-də saat 11:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək. Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şəki şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az, elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Zakir Qaralov Şəkidə vətəndaşları qəbul edəcək
654