Zakir Qaralov Mingəçevirdə vətəndaşlarla görüşəcək
14 aprel 2014 11:49 (UTC +04:00)

Zakir Qaralov Mingəçevirdə vətəndaşlarla görüşəcək

 

Baş prokuror Zakir Qaralov vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbul aprelin 25-də saat 11:00-da Mingəçevir şəhər Prokurorluğunun inzibati binasında keçiriləcək.

 

Qəbulda Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Mingəçevir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorluqları tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin - 437-28-79- nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

# 492
avatar

Oxşar yazılar