Müdafiə naziri Zakir Həsənov həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuları təbrik edib. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, nazir ölkə başçısının 10 sentyabr tarixli sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara müraciət ünvanlayıb.
Z.Həsənov xidmətini şərəflə başa vuran hərbi qulluqçulara vətənə nümunəvi xidmətlərinə görə təşəkkür edib, gənc-əsgərlərə isə hərbi ənənələri uğurla davam etdirmələrini arzulayıb.
Müdafiə naziri əsgərlərə valideynlərinin də ümidlərini doğrultmağı, ata-analarına layiqli övlad, vətənə layiqli vətəndaş olmaqlarını arzu edib.