Zabratda "VAZ-2106"  piyadanı vurdu
23 yanvar 2015 04:25 (UTC +04:00)

Zabratda "VAZ-2106" piyadanı vurdu

Bakının Zabrat qəsəbəsində yolu keçmək istəyən piyadanı maşın vurub. APA-nın məlumatına görə, 41 yaşlı Əfqan Abbasov özünə məxsus VAZ-2106 markalı avtomobillə şəhər istiqamətində sürətlə hərəkətdə olarkən yolu keçmək istəyən Ceyhun Qasımov vurub. Piyadanı vuran sürücü onu öz avtomobili ilə xəstəxanaya çatdırıb.

 

Əfqan Abbasov ifadəsinin alınması üçün polisə aparılıb. VAZ-2106 markalı avtomobil isə cərimə meydançasına yerləşdirirlib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219

Oxşar yazılar