Yuxarı Qarabağ kanalından cəsəd çıxarılıb
11 yanvar 2015 23:39 (UTC +04:00)

Yuxarı Qarabağ kanalından cəsəd çıxarılıb

Yuxarı Qarabağ kanalından cəsəd çıxarılıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu il yanvarın 9-da Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili suya düşüb.

 

Nazirliyin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb ediliblər. Onlar avtomobildə olan sərnişinin axtarışına başlayıblar. Bu gün 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 6 km aralıda tapılaraq sudan çıxarılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187

Oxşar yazılar