İranın Şərqi Azərbaycan əyalətinin Sofiyan şəhərində daha bir tanınmış azərbaycanlı ictimai-fəal həbs edilib. Bu barədə APA-ya məlumatı hazırda Türkiyədə yaşayan, əslən Güney Azrəbaycandan olan hüquq müdafiəçisi Elçin Hatəmi verib.
O, bildirib ki, İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Ayət (Yürüş) Mehrəlibəylini bu gün yerli vaxtla saat 15:00-da həbs ediblər: “Yürüş bəy çox tanınmış və nüfuzlu fəallardan biridir. Bir az əvvəl onun ailəsi ilə telefonla danışdım. Xəbəri təsdiq etdilər. Azərbaycanlı fəal hazırda
Qeyd edək ki, əvvəllər də dəfələrlə həbs edilən A. Mehrəlibəyli sonuncu dəfə
50 gün də Təbriz həbsxanasında qalandan sonra 100 min dollarlıq mülkü girov qoymaqla azadlığa buraxılmışdı.