Yük maşını körpüdən aşdı, sürücü öldü
21 aprel 2013 20:42 (UTC +04:00)

Yük maşını körpüdən aşdı, sürücü öldü

0

Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə aprelin 21-də saat 16.50 radələrində Lənkəran – Boradigah şosesinin Veravul kəndi ərazisində qeydə alınıb.

 

Lənkəranın Cil kənd sakini, 1989-cu il təvəllüdlü Pərviz Nəbi oğlu Babayevin idarə etdiyi “KamAZ” markalı,   90 NK 468  dövlət nömrə nişanlı yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirib və “Veravulçay”ın üzərindəki körpüdən çaya aşıb.

 

Nəticədə maşının sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2988

Oxşar yazılar