Bu il Azərbaycanda baş verən yol qəzalarında 754 nəfər ölüb.
Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, cari ilin ilk 8 ayında respublikada 1897 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 757 nəfər ölüb, 2044 nəfər xəsarət alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 qəza artıb, ölüm faktı 25, xəsarət sayı isə 3 fakt azalıb.