Çoxlu qan itirən yaralının üzərində 3 saatdan artıq cərrahiyyə əməliyyatı aparılıb
Azərbaycanın Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın Cənub bürosunun məlumatına görə, hadisə mayın 12-də günorta saatlarında Masallı şəhəri ərazisində qeydə alınıb. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) yol patrul xidmətinin əməkdaşı Ariz İsmayılov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb. Ruslan adlı şəxs tərəfindən iki bıçaq zərbəsi alan yaralı dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralının üzərində 3 saatdan artıq cərrahiyyə əməliyyatı aparılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Valideynləri Ariz İsmayılovun heç kimlə şəxsi qərəzliyinin olmadığını və hadisənin məhz onun peşə fəaliyyəti dövründə baş verdiyini deyiblər.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.