Yevlaxda pul üstündə baş verən qətldə təqsirləndirilən 67 yaşlı Azər Həmidovun barəsində təqdimat məhkəməyə göndərilib.
Lent.az-ın məlumatına görə, onun barəsində ilkin istintaq tədbirləri həyata keçirilib. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Azər Mehdiyevlə birgə hadisə yerinə baxış keçiriblər. Baxış zamanı da Azər Mehdiyev istintaqa verdiyi ilkin ifadəsini olduğu kimi təkrarlayıb. O, həmçinin Qorxmaz Bəşirovu öldürmək kimi bir niyyəti olmadığını, sadəcə özünü qorumaq istədiyini də deyib.
Qeyd edək ki, Azər Həmidov onun üzərinə hücuma gələn ata-oğula qarşı çıxıb. O, mətbəx bıçağı ilə ata Qorxmaz Bəşirovu yaralayıb. Qanaxmadan ölən Q.Bəşirov oğlunun gözü qarşısında can verib.
****
12:32
Yevlaxda tanışlar arasında baş verən qətllə bağlı bəzi məqamlar ortaya çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə günü dünyasını dəyişən Qorxmaz Bəşirovun kafe sahibi Azər Həmidova 22 manat borcu olub.
Belə ki, Azər Həmidov “Ərik Bağı” adlı kafenin işlədən şəxs olub. Həmin günü Qorxmaz içkili vəziyyətdə kafeyə gələrək ona pivə verilməsini istəyib. Azər Həmidov isə bildirib ki, borcunu verdikdən sonra ona pivə verilə bilər. Buna görə tanışlar kafedə xeyli mübahisə ediblər. Qorxmaz Bəşirov kafedə olan digər şəxslər tərəfindən oradan çıxarılıb.
İçkili olan Qorxmaz Bəşirov evə gedəndən bir müddət sonra oğlu ilə birgə mübahisəni davam etdirmək üçün kafeyə gəlib. Bu zaman 67 yaşlı Azər Həmidov döyülməsindən çəkindiyi üçün mətbəxə gedərək bıçaq götürüb. Azər Bəşirov oğlu ilə birlikdə Qorxmaz Həmidovun üzərinə hücum çəkiblər. Azər Həmidov Qorxmaz Bəşirovun bud nahiyəsinə bıçaqla zərbə vurub.
Məlumatda o da qeyd edilib ki, Qorxmaz Bəşirov qan axmadan dünyasını dəyişib.
Hazırda rayon prokurorluğunda araşdırma aparılır və hadisə şahidləri dindirilir.
****
11:28
Daxili İşlər Nazirliyi Yevlaxda baş verən qətllə bağlı açıqlama yayıb.
Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 10-da Yevlax rayonunun Xaldan kəndindəki kafelərdən birində Xanlar Həmidov münaqişə zəminində həmyerlisi Qorxmaz Bəşirovun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Q.Bəşirov qanaxmadan orada ölüb.
X.Həmidov Yevlax RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
****
10:15
Yexlaxda dostlar arasında pul söhbəti qanla başa çatıb.
Lent.az-ın məlumatına görə, qətl rayonun Xaldan qəsəbəsində baş verib. 1949-cu il təvəllüdlü Həmidov Azər Knyaz oğlu 1973-cü il təvəllüdlü Bəşirov Qorxmaz Sirac oğlunu bıçaqla qətlə yetirib.
Bildirilir ki, hər iki şəxs uzun müddətdir bir-biri ilə yaxın münasibətdə olub. Dostlar arasında münaqişə pul üstündə yaranıb. Azər Həmidovla Qorxmaz Bəşirov hadisə günü qəsəbədə yerləşən “Ərik bağı” kafesində görüşüblər. Yenə pul üstündə mübahisə düşüb. Bu zaman Azər Həmidov bıçağa əl ataraq tanışını qətlə yetirib.
Azər Həmidov polis tərəfindən saxlanılıb. O, etdiyi cinayəti etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.