Yevlaxda zavod yandı
17 noyabr 2015 18:17 (UTC +04:00)

Yevlaxda zavod yandı

0

 

Yevlaxda pambıq təmizlə zavodunda yanğın baş verib.

 

Lent.az-ın məlumatına görə,  “Qarabağ” ASC-ə məxsus pambıq təmizləmə zavodunun ərazisində ümumi sahəsi 400 kv.m olan talvarın altına yığılmış pambıq tullantıları 100 kv.m sahədə yanıb. Talvar yanğından mühafizə olunub.

 

Eləcə də, Oğuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan yeməkxananın dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur.

 

Daha bir yanğın hadisəsi Sabirabadda baş verib. Vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin  mühərrikində elektrik naqilləri qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar