Yevlaxda ev yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə şəhərin Balçılı kəndində baş verib. Belə ki, adıçəkilən kənddə ümumi sahəsi 200 m² olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.