Bu gün Müdafiə Sənayesi naziri Yavər Camalov İtaliya Senatının müdafiə komissiyasının sədri Nikola Latorreni qəbul edib. Müdafiə sənayesi nazirliyindən Lent.az-a verilən xəbərə görə səmimi şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Nikola Latorre səmimi qəbula görə minnətdarlığını bildirib. Görüşdə Azərbaycanın və İtaliyanın səfirləri də iştirak edib.