Bakıda yataqxanada <span style="color:red;">YANĞIN : 20 sakin təxliyə olundu
02 mart 2015 18:28 (UTC +04:00)

Bakıda yataqxanada YANĞIN: 20 sakin təxliyə olundu

0

Bakıda yataqxanada yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının 8-ci mərtəbəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı və 3 p.m kabel yanıb.

 

Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar