Bakıda qonşunun anasını “narahat edən” gənc öldürüldü - TƏFƏRRÜAT
24 yanvar 2013 10:41 (UTC +04:00)

Bakıda qonşunun anasını “narahat edən” gənc öldürüldü - TƏFƏRRÜAT

Yasamal rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəxsi münasibətlər zəminində yaranmış münaqişə nəticəsində törədilib. Məlumata görə, yanvarın 23-də saat 19:30 radələrində 1991-ci il təvəllüdlü Zəkiyev Zaur Çingiz oğlu həmyaşıdı A.Qurbanovla mübahisə edib. Səbəb isə A.Qurbanovun avtomobili Z.Zəkiyevin yaşadığı evin qapısının ağzında saxlaması olub. Aydın olub ki, Z.Zəkiyevin evə gələndə anasının atasına qonşunun avtomobilini qapının ağzında saxladığını görə evə çətinliklə girdiyini deyib. Bunu eşidən gənc oğlan maşının sahibi A.Qurbanovu çağırıb və məsələni aydınlaşdırmaq istəyib. O, qonşusuna bir daha avtomobili onların qapısının ağzında saxlamamasını tələb edib. Z.Zəkiyev qonşusundan tələb edib ki, narahatlığa görə gəlib onun anasından üzr də istəsin, lakin A.Qurbanov üzr istəmək fikrinin olmadığını deyib və mübahisə daha da böyüyərək münaqişəyə çevrilib. Əsəblərinə hakim ola bilməyən Z.Zəkiyev isə bıçağa əl atıb və qonşusunu qətlə yetirib.

 

Z.Zəkiyev polis tərəfindən yaxalanıb.

 

 

***

 

24 yanvar saat 10:16

 

Yanvarın 23-də Bakı şəhərinin Yasamal rayonu ərazisində qətl törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Birinci Alatava qəsəbəsi, M.Həsənov küçəsində 1991-ci il təvəllüdlü Zəkiyev Zaur Çingiz oğlu 1991-ci il təvəllüdlü Qurbanov Aqşin İlham oğlunu bıçaqlayaraq öldürüb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3110
avatar

Nizam Rza

Oxşar yazılar