Yaşadığı mənzildə özünü asdı
Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Belə ki, 1985 - ci il təvəllüdlü Həsənov Aqil Arif oğlu yaşadığı fərdi yaşayış evində özünü asıb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. İntiharın səbəbləri bilinmir.
A.Həsənovun psixi problemlərinin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
899