Azərbaycanda daha bir kütləvi zəhərlənmə hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 21-də Lerik rayonu Zərdələrə kəndinin ərazisində keçirilən yas mərasimindən 11 kənd sakini qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Onlara ilkin tibbi yardım göstərilib.