Xızının dağlıq ərazisində döyüş sursatı aşkarlanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, mütəxəssis və xilasedicilər zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanan sursata baxış keçirərkən onun 1 ədəd 62 millimetrlik təlim-tədris təyinatlı minaatan mərmisi olduğu müəyyən olunub. Aşkar edilən sursat aidiyyəti üzrə təhvil verilib.
Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkar edilməyib.