Xızıda bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Şurabad kəndində 59 yaşlı Əhmədağa Nəcəfovun həyətdən toyuq oğurlayan tülkünü ov tüfəngi ilə vurmaq istəyərkən ehtiyatsızlıqdan özünü güllələyib. Açılan atəş nəticəsində o, sol əlindən ağır xəsarət alıb və əlinin bir hissəsi amputasiya edilib.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır