Xırdalanda dağıntı altından çıxarılanların sayı 11-ə çatdı - <span style="color:red;">YENİLƏNİB 6  - <span style="color:red;">SİYAHI
08 sentyabr 2014 17:50 (UTC +04:00)

Xırdalanda dağıntı altından çıxarılanların sayı 11-ə çatdı - YENİLƏNİB 6 - SİYAHI

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılanların sayı 11-ə çatıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

 

Hal-hazırkı vaxta qədər xəsarət alan 9 nəfər və vəfat edən 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əlavə məlumat veriləcək.

 

 

 
 
 
*****
 
 
15:00
 
 
 
Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Hal-hazırki vaxta qədər 9 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
 
 
 
 
*****
 
 
 
11:50
 
 
 
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.

Abşeron Rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, xilas edilən 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızıdır.

 

Hazırda xilasetmə işləri davam etdirilir.

 

***

 

11.16

 

 

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 9 yaşlı Ayxan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək təcilli tibbi yardım həkimlərinə təhvil verilib.

 

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

 

APA-nın məlumatına görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir və xilasetmə işlərinə birbaşa nəzarət edir.

 
 
 
 
****
 
 
 
10:59
 
 
 
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha 4 nəfərin xilas edilib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, xilas edilən şəxslər – 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı və 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızıdır.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli binadakı mənzillərdən birində baş vermiş güclü partlayışla əlaqədar Baş prokurorunun 1-ci müavini Rüstəm Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, rayonun polis rəisi və prokuroru da hadisə yerindədirlər.

 
 
 
 
*****
 
 
10:12
 
 
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan şəxslərdən ikisinin adı məlum olub.

 

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, onlar 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu və onun oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğludur.

 

Hər iki şəxs yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

 

 

*****

 

9:17

 

Azərbaycanda binada partlayış olub. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.

 

 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15044
avatar

Oxşar yazılar