Xırdalanda avtomobil motosikletlə toqquşdu: 2 nəfər ağır yaralandı
22 avqust 2015 01:24 (UTC +04:00)

Xırdalanda avtomobil motosikletlə toqquşdu: 2 nəfər ağır yaralandı

Gecə  saatlarında  Abşeron  rayonunda   iki  nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi  baş verib. APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

 

32 yaşlı Samid Heydərov idarə etdiyi minik avtomobili  qarşıdan gələn və 26 yaşlı Emil Mansurovun  idarə etdiyi "Zontes" markalı motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü və sərnişini, 16 yaşlı Araz Əsgərov ağır xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, hər iki yaralı reanimasiya  şöbəsinə yerləşdirilib.

 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar