Xəzər yenə silkələndi
04 mart 2013 18:27 (UTC +04:00)

Xəzər yenə silkələndi

Bu gün saat 16:18 radələrində Siyəzəndən 38 km şimalda Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ baş verib.

 

Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, zəlzələ hiss olunmayıb.

 

Qeyd edək ki, dünən də Xəzər dənizində zəlzələ qeydə alınıb. Martın 3-də saat 04:28 radələrində Qaladan 124 km şimal-şərqdə Xəzər dənizində baş verən 3,6 maqnitudalı zəlzələ də hiss olunmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025
avatar

Oxşar yazılar