Xəzərdə üç azərbaycanlı brakonyer saxlanıldı
16 may 2014 13:11 (UTC +04:00)

Xəzərdə üç azərbaycanlı brakonyer saxlanıldı

Xəzərin Rusiyaya aid hissəsində Azərbaycan vətəndaşı olan 3 brakonyer saxlanılıb. APA-nın Rusiya bürosunun xəbərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin əməkdaşları Xəzər dənizinin şimal hissəsində Azərbaycan vətəndaşlarının olduğu qayığı saxlayıblar. Qayıqda 486 ədəd nərə balığı aşkar edilib. Sərhədçilər nərə balıqlarını yenidən dənizə buraxıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

# 467
avatar

Oxşar yazılar