Bir neçə gündür ki, Xəzərdə axtarışları aparılan 5 balıqçının boğulduğu bəlli olub.
Rəsmi Astananın Azərbaycanın Xarici İşlər Nazirliyinə verdiyi məlumata görə, balıqçılar dənizdə boğulublar. Balıqçıların batmasının səbəbləri isə hələlik məlum deyil.
XİN-in mətbuat xidmətinin rəhbərin Elman Abdullayev bildirib ki, Qazaxıstan tərəfi ilə birgə başlanmış araşdırmanın nəticəsi olaraq, balıqçıların qayıqları Qazaxıstan sahillərində tapılıb. Onların cəsədlərinin axtarışları davam etdirilir.
Xatırladaq ki, dekabrın 23-də balıq ovlamaq üçün 8 nəfər balıqçı dənizə çıxıb. Kiçik qayıqlarla gəmidən ayrılan 5 nəfər balıqçı ovu davam etdirmək üçün gəmidən uzaqlaşıblar.
ANS