Xəzər dənizi sahilində daha bir nəfər boğularaq ölüb. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sahil qəsəbəsi yaxınlığında dəniz sahili ərazidə 40-45 yaşlı kişi suda boğulub. Onun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Ölüm faktı ilə bağlı araşdırmalar aparılır. Dənizdə boğulan şəxsin kimliyi hələlik məlum deyil.