Xəzər dənizində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 05:55:05-də qeydə alınıb. Zəlzələnin dərinliyi 61 km, maqnitudası 3.4 olub. Zəlzələ hiss olunmayıb.