Xətai rayonunda yanğın olub - <span style="color:red;">YENİLƏNİB
26 aprel 2014 09:54 (UTC +04:00)

Xətai rayonunda yanğın olub - YENİLƏNİB

0
Aprelin 26-da gecə saatlarında paytaxtın Xətai rayonunda yanğın hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Şahid Səmədov döngəsində  yerləşən köhnə N saylı hərbi hissəyə məxsus 1 mərtəbəli tikilidə qeydə alınıb.

 

Yanğın haqqında Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə ərazidə yaşayan sakinlər məlumat verib. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayonu üzrə canlı qüvvəsi və texnikaları cəlb edilib. Yanğın zamanı ümumi sahəsi  təqribən 200 kv.m olan 1 otaqlı  anbar içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın söndürülüb və alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

 

İlkin ehtimallara görə, yanğın anbarın ətrafından keçən elektirik naqilində yaranan qısaqapanmadan baş verib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidməti ərazini nəzarətə götürüb. Hadisənin başvermə səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 769

Oxşar yazılar