Xədicə İsmayılın şikayəti təmin olunmadı
11 dekabr 2014 14:45 (UTC +04:00)

Xədicə İsmayılın şikayəti təmin olunmadı

Bu gun Bakı Apelyasiya məhkəməsində bir neçə gün əvvəl həbs edilmiş jurnalist Xədicə İsmayılın barəsində məhkəmə qərarından verilmiş apellyasiya şikayəti baxılıb. Lent.az-ın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayılın şikayəti təmin olunmayıb. Jurnalist həbsdə qalıb.

 

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

T. Mustafayev Baş Prokurorluğuna müraciət edərək həmin KİV-də işlədiyi müddətdə “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.
 

İstintaqla həmçinin müəyyən edilib ki, T. Mustafayev X. İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163

Oxşar yazılar

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

9 fevral 2025 , 01:53
Bakıda AĞIR QƏZA

Bakıda AĞIR QƏZA

9 fevral 2025 , 00:56
Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

9 fevral 2025 , 00:37
Bakıda zəncirvari qəza-YENİLƏNİB

Bakıda zəncirvari qəza-YENİLƏNİB

8 fevral 2025 , 21:43
Sumqayıtda ana və övladı  dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

8 fevral 2025 , 20:13
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

8 fevral 2025 , 19:21
Hacıqabulda zəlzələ oldu

Hacıqabulda zəlzələ oldu

8 fevral 2025 , 19:17
Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

8 fevral 2025 , 18:07