Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılovanın şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, prosesdə şikayət təmin edilməyib. Jurnalist bildirib ki, bununla bağlı Ali Məhkəməyə kassiya şikayətini verilib.
Qeyd edək ki, Xədicə İsmayıl ölkə hüdudlarından kənara çıxmaq üçün Binəqədi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayəti təmin etməyib.
Jurnalist həmin qərardan apellyasiya şikayəti verib.
X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.
Sonradan Xədicə İsmayıl Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.