Xarkov-Bakı birbaşa aviareysi açılır
28 aprel 2014 15:51 (UTC +04:00)

Xarkov-Bakı birbaşa aviareysi açılır

0

Ukraynanın “Dnepravia” şirkəti iyun ayında bu ölkənin Xarkov şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçirəcək.


 

APA-Economics”in məlumatına görə, bunu “Dnepravia” şirkətinin kommersiya və inzibati məsələlər üzrə direktoru Serqey Posılayev bildirib.

 

Qeyd edilən istiqamət üzrə aviauçuşlar həftədə bir dəfə yerinə yetiriləcək.

 

Xatırladaq ki, Ukraynanın «UTair-Ukraine» aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə birbaşa uçuşları mart ayından dayandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar