Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xəstəxananın qarşısında bıçaqlayaraq öldürən Şahlar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ş. Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, mayın 16-da Nərimanov rayonu ərazisindəki 5 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında Bakı şəhər sakini Şahlar Əliyev ailə-məişət münaqişəsi zəminində orada tibb bacısı işləyən arvadı Minarə Salmanovanı bıçaqla qətlə yetirib. Ş.Əliyev həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.