Xalq artisti əməliyyat olundu
11 noyabr 2014 10:51 (UTC +04:00)

Xalq artisti əməliyyat olundu

Xalq artisti Vaqif Əsədov əməliyyat olunub. Bu barədə Lent.az-a rejissorun oğlu Oqtay Əsədov məlumat verib. Onun sözlərinə görə, xalq artisti dünən Naxçıvan Muxtar Respublikasında açıq ürək əməliyyatı keçirib: “Atamın ürəyinin hər beş damarı dəyişdirilib. Üç damar tamamilə tutulmuşdu, iki damar isə nisbətən. Daha əvvəllər də atam iki dəfə infarkt keçirib. Ürəyinin sadəcə 25 faizi fəaliyyət göstərirdi. Həkimlər təhlükəli olsa da, əməliyyatı mütləq gördülər. Əməliyyatdan sağ çıxmama ehtimalı da vardı. Əməliyyat günorta saat 3-də başlayıb, axşam 11-ə 20 dəqiqə işləmiş bitdi”.

 

 

O. Əsədov atasının vəziyyətinin stabil olduğunu deyib: “Şükür, indi vəziyyəti yaxşıdır. Reanimasiyadadır. Sabah  ümumi palataya köçürüləcək. Diqqət və qayğıya görə, muxtar respublikanın Ali məclisinin sədri Vasif Talıbova və atamı əməliyyat edən cərrahlara təşəkkürümü bildirirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434

Oxşar yazılar