Xalası qızını öldürənə hökm oxundu
Hacıqabulda xalası qızını öldürməkdə təqsirləndirilən Ayəddin İsmayılzadənin məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən A. İsmayılzadə 17 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Hacıqabulda baş verib. A. İsmayılzadə sevgi münasibətlərində olduğu xalası qızı Məlikli Rəvanə Məlikağa qızının gizli olaraq başqa şəxslə telefonla danışdığı, ona xəyanət etməsindən şübhələndiyi üçün qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən öldürüb.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
377