Xaçmazda iki avtoqəza: bir nəfər ölüb
08 iyun 2013 02:41 (UTC +04:00)

Xaçmazda iki avtoqəza: bir nəfər ölüb

İyunun 7-i axşam saatlarında Xaçmaz rayonunda iki yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 44-cü  km-də baş verən qəzada bir nəfər dünyasını dəyişib. 32 yaşlı Xudat şəhər sakini Ramil Qurbanovun idarə etdiyi 90 CL 238 dövlət nömrə nişanlı “Volkswagen” markalı maşın Xudatdan Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

 

Qəza zamanı sürücü avtomaşında tək olub. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir.

 

Gecə saatlarında digər yol nəqliyyat hadisəsi Gəndob-Yalama yolunun 26-cı km-də, Xaçmaz şəhəri ərazisində qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 25 yaşlı Xaçmaz rayonunun Müşkür kənd sakini Cəfər Tahirovun idarə etdiyi 10 RV 695 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan 90 RT 754 qeydiyyat nömrə nişanlı “Mersdes”lə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15