Xaçmazda “VAZ" “Mersedes”-lə toqquşdu: yaralı var
15 yanvar 2015 22:54 (UTC +04:00)

Xaçmazda “VAZ" “Mersedes”-lə toqquşdu: yaralı var

Bu gün axşam saatlarında Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Məhəmməd Əmin Rəsulzadə və Rəfibəyli küçələrinin kəsişməsində qeydə alınıb. Xaçmaz şəhər sakini 1991-ci il təvəllüdlü Azayev Fuad Sultan oğlunun idarə etdiyi  “VAZ 21099”-la  “Mersedes” markalı minik maşını toqquşub. Qəza nəticəsində “VAZ 21099”-un sürücüsü yüngül xəsarət alıb. Ona Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hadisədən sonra “Mersedes”-in sürücüsü hadisə yerindən qaçıb.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 86
avatar

Oxşar yazılar