Xaçmazda 28 yaşlı oğlanı dükanında qətlə yetiriblər
03 may 2014 15:04 (UTC +04:00)

Xaçmazda 28 yaşlı oğlanı dükanında qətlə yetiriblər

Xaçmaz rayonunda qətl hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Ləcət kənd sakini 28 yaşlı Tağıyev İlkin Tağı oğlu qətlə yetirilib. Hadisə İ.Tağıyevə məxsus telefon dükanında baş verib.

 

Xaçmaz rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı saxlanılan yoxdur. Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1427
avatar

Oxşar yazılar