5-ci mərtəbədəki sauna yararsız vəziyyətə düşdü
Bakının mərkəzində, Xəqani küçəsində yerləşən Azərbaycan Voleybol Federasiyasının binasında yanğın olub. Lent.az-ın məlumatına görə, Xəqani küçəsi 47 ünvanındakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində başlayan yanğın sürətlə yayılıb. Yanğın nəticəsində federasiyanın 45 kvadrat metrlik sauna və qurğular tamamilə yararsız vəziyyətə düşüb.
Lent.az-ın verdiyi digər məlumata görə, yanğının baş verdiyi binada “Bank Respublika”nın mərkəzi ofisi yerləşir. Yanğın banka da nisbətən təsir göstərib, bəzi otaqlara su sızıb.