Vəzifəli şəxslərin işi məhkəməyə göndərildi
29 aprel 2014 16:39 (UTC +04:00)

Vəzifəli şəxslərin işi məhkəməyə göndərildi

“Royalbank” Açıq Səhmdar Cəmiyyətinin Paytaxt filialının vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Lent.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aparılmış istintaqla cəmiyyətin Paytaxt filialının müdiri Anar Həşimov, filialın baş mühasibi Xatirə Ağayeva və xəzinədarı İlqar İsmayılovla qabaqcadan razılaşaraq etibar edilmiş əmlakı talama məqsədilə faktiki rəhbərlik etdiyi «Poliqrafist» MMC-nin adına müxtəlif vaxtlarda 71 min manat, 124 min 440 ABŞ dolları və 180 min avro məbləğində kredit sənədləşdirərək həmin pulları, həmçinin müxtəlif təşkilatlara avadanlıqların alınması məqsədilə «Poliqrafist» MMC-nin hesabına köçürülmüş 1 milyon 668 min 682 manatı, «Royal Construction Technologies and Development» MMC-nin adına sənədləşdirilmiş 100 min manat məbləğində krediti, habelə filialın xəzinəsindən 64 min 939 manat vəsaiti, ümumilikdə isə 2 milyon 228 min 612 manat məbləğində külli miqdarda əmlakı ələ keçirməklə  «RoyalBank» ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

 

A.Həşimov və İ.İsmayılov barəsində həbs qətimkan tədbiri, X.Ağayeva barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

 

İstintaq zamanı vurulmuş ziyandan 1 milyon 771 min 331 manatının ödətdirilməsi təmin edilib.

 

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

# 1329
avatar

Oxşar yazılar

İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

17 may 2024 , 12:00
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

17 may 2024 , 11:47
Bir günə 10-dan çox adamın 20 min manatı  ələ keçirildi

Bir günə 10-dan çox adamın 20 min manatı ələ keçirildi

17 may 2024 , 11:25
Nəsib Mehdiyev Bakı aeroportunda   saxlanıldı

Nəsib Mehdiyev Bakı aeroportunda saxlanıldı

17 may 2024 , 10:41
Gəncədə kişi qazdan boğulub öldü

Gəncədə kişi qazdan boğulub öldü

17 may 2024 , 09:20
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

17 may 2024 , 08:25
Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

17 may 2024 , 07:33
Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

17 may 2024 , 04:30