Vəzifəli şəxs məhkəmə qarşısına çıxarılacaq
25 dekabr 2014 14:47 (UTC +04:00)

Vəzifəli şəxs məhkəmə qarşısına çıxarılacaq

Füzuli rayonu Qarabağ kənd musiqi məktəbinin vəzifəli şəxlərinin işi məhkəməyə göndərilib. Baş Prokuroluqdan Lent.az-a verilən məlumata görə, məktəbdə baş verən qanun pozuntularına görə, Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Məlum olub ki, Füzuli rayonu Qarabağ kənd uşaq musiqi məktəbinin sabiq direktoru Quliyev Elxan İsmayıl oğlunun həmin vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2014-cü illərdə rayon ərazisində keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmək məqsədilə ayrı-ayrı incəsənət adamlarını həmin tədbirə cəlb edib. Gördükləri iş müqabilində onlara pul vermək məqsədi ilə qanunsuz olaraq məktəbdə müəllim kimi rəsmiləşdirib, dərs saatları yazmaqla əmək haqqı hesablayaraq adlarına hazırlanmış plastik kartlar vasitəsilə ümumilikdə 63.938 manat məbləğində büdcə vəsaitinin alınmasını təşkil edib. Əsaslı şübhələr olduğundan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin 308.1, 309.1 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.

 

İstintaq dövründə dövlət büdcəsinə vurulmuş ziyanın tam məbləğdə ödətdirilməsi təmin edilib.

 

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Füzuli rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142

Oxşar yazılar