Vətəndaşların evini ələ keçirən şəxslərin məhkəməsi davab edib
01 mart 2018 11:59 (UTC +04:00)

Vətəndaşların evini ələ keçirən şəxslərin məhkəməsi davab edib

 
Həbsdə olan "Real MTK" rəhbəri İlham Qasımovun dələduzluqda ittiham olunan bacısı oğlu, 1987-ci il təvəllüdlü  Cahangirli Sahil Nizami oğlu və 1987-ci il təvəllüdlü Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə davam edib. 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 
 
 
Hər iki şəxs özünü təqsirli bilmədiyini deyib.
 
 
Daha sonra zərərçəkmiş şəxs qismində Nüşabə Rüstəmova  ifadəsində deyib ki, yaşadığı mənzilini 83 min manata sataraq "Real" MTK-dan ev alıb: "Şirkətin işçisi Şahinə dedim ki, bax bu şirkət haqda belə sözlər eşitmişəm, problem olmasın sonra. Birlikdə Sahilin yanına getdik. Dedi ki, özün bilirsən, bizim rəhbərimiz həbsdədir, ona görə daha burda qanunsuz işlər olmur. Birlikdə Sahilin yanına getdik, 90 min manatı orda onlara verdim. İndi 50 mini qaytarıblar. Şahin də tutulub, onunla üzləşmişəm". 
 
Hakim bildirib ki, N.Rüstəmovaya 75 min manat qaytarılması barədə sənəd var və həmin sənəddə N.Rüstəmovanın imzası var.
 
Amma zərərçəkən qadın həmin imzanın ona məxsus olmadığını deyib və ekspertiza keçirilməsini istəyib. 
 
Digər zərərçəkən Şahin Alıxanov deyib ki, atasından miras qalan mülkü satıb:  "İnternetdə makler vasitəsilə Sahili tapdım. Ev dəyərindən ucuz idi, 112 min manata razılaşdıq. Niyə ucuz olduğunu soruşdum, dedilər, Mayıl Səmədovun dayısı bu binanın tikilməsinə beton verib. Onun əvəzində mənzillər Mayıla verilib. Mən 110 min manatı Mayıla verdim, qalanını da maklerə. Sahildən də neçə dəfə soruşdum ki, mənzilin problemi yoxdur ki? Dedi, yox. Bir müddət sonra evi təmir etmək üçün gələndə gördüm qapının kilidi dəyişdirilib. Bu günə kimi mənə 80 min manat ödənilib".
 
Sevinc Qurbanova bildirib ki, onun evinin başqasına satılması barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən məlumat verilib: "Evi qaytarıblar, amma bilmirəm, bir ay sonra yenə kimsə çıxıb deyəcək ki, ev mənimdir?"
 
Tağı Hüseynov deyib ki, S.Cahangirlinin göstərişi ilə 13 nömrəli notariusda MTK əməkdaşı Şahinə 30 min manat verib: "Sənədlərin düzəldilməsi üçün də 2 min manat ödədim. Heç 1 qəpik də ödənilməyib. İndi evimi versinlər".
 
Səbuhi Xəlilov isə 100 min manat ödəyib: "20 min borcum qalmışdı, MTK-ya gedib borcumu ödəyib, təmirə başlamaq istəyəndə işi uzatdılar. Müqaviləni Sahillə imzalamışdıq. Evə də 5 min manatlıq material alıb qoymuşdum, qapı da qoydurmuşdum. Qapının "zamok"unu sındırıb materialları da aparmışdılar. Puldan da heç nə qaytarmadılar".
 
Proses martın 15-də davam edəcək.
 
 
Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Sahil Cahangirli "Real" MTK-nın icraçı direktoru olub. Anar Əşrəfov da MTK-da çalışıb. Onlar vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.
 
Bildirək ki, Sahil Cahangirli "Real" MTK-nın rəhbəri İlham Qasımovun bacısı oğludur.
 
İlham Qasımov da bu məhkəmədə müttəhimlər kürsüsünə çıxarılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsində onun cəzası 12 ilə endirilib. 
 
lham Qasımov rəhbərlik etdiyi şirkət tərəfindən tikilmiş yaşayış binalarında mənzilləri bir neçə şəxsə satmaqda, şəriklik etdiyi azərbaycanlı milyonçu Gülağa Qəmbərova (Tənha) külli miqdarda maddi zərər vurmaqda təqsirləndirilir. İttihama görə, İ.Qasımov milyarderin 19,5 milyon dollarını mənimsəyib.
 
 
Onu da qeyd edək ki, İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28