Vergilər Nazirliyi: 18 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib
17 yanvar 2013 17:38 (UTC +04:00)

Vergilər Nazirliyi: 18 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib

Vergilər Nazirliyi tərəfindən 2012-ci il ərzində vergi ödəməkdən yayınma,  qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə cəmi 417 cinayət işi başlanıb ki, bu da 2011-ci illə müqayisədə 107 iş azdır. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Həmin cinayət işlərindən 213-ü səyyar vergi yoxlamalarının nəticələri, 193-ü vergi borcunun ödənilməməsi, 6-sı aksiz markaları ilə markalanmamış malların satılması faktları ilə bağlı vergi orqanlarından, 5-i isə digər hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar üzrə başlanıb.

 

İstintaqı tamamlanmış 380 cinayət işlərindən külli miqdarda vergidən yayınma faktları üzrə 36 iş, xeyli miqdarda vergidən yayınma faktları üzrə 39 iş, qanunsuz sahibkarlıq faktları üzrə  3 iş, külli miqdarda qanunsuz sahibkarlıq faktı üzrə 3 iş, külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə 1 iş, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə 5 iş olmaqla cəmi 91 nəfər barəsində 87 iş ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

 

Hesabat dövründə 293 işin icraatına xitam verilib, 18 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 199 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad ediliblər.

Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği  15 milyon 144,5 min manat olub. Hesabat dövründə 3 cinayət işi üzrə vergidən yayındırılmış vəsaitin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxslərin 3 milyon 301,70 min manat dəyərində əmlakı üzərinə həbs qoyulub.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində axtarış elan edilmiş 45 nəfər tutularaq istintaqa təhvil verilib, istintaqdan yayınan 279 şəxsin məcburi qaydada gətirilməsi, 282 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 913 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib ki, bu 2011-ci illə müqayisədə 633 nəfər çoxdur.

Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1306
avatar

Oxşar yazılar

Bakı metrosunda usta öldü

Bakı metrosunda usta öldü

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10