Vergi Apelyasiya Şurasına 19 şikayət daxil olub
17 yanvar 2013 17:27 (UTC +04:00)

Vergi Apelyasiya Şurasına 19 şikayət daxil olub

Vergilər Nazirliyi 2012-ci il ərzində Vergi Apelyasiya Şurasının fəaliyyəti haqqında məlumat yayıb. Lent.az-ın məlumatına görə, 2012-ci ildə Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasına 19 şikayət daxil olub. 17-si vergi ödəyiciləri (və ya digər vətəndaşlar), 2-si vergi orqanları tərəfindən ünvanlanmış bu şikayətlərin 8-i kameral vergi yoxlamaları, 1-i səyyar vergi yoxlaması, 6-sı operativ vergi nəzarəti tədbirlərinin nəticələri, 2-si vergi orqanı əməkdaşlarının hərəkətləri (hərəkətsizliyi), 1-i cinayət işinin xətm olunması, 1-i isə hüquqi ekspertiza zamanı daxil olmuş materialın geri qaytarılması ilə bağlı olub.

Şikayətlərin 8-i təmin edilib, 4-ü təmin olunmayıb, 3 iş üzrə müraciət edən şəxsə məktubla müvafiq izahatlar verilib, 2 iş üzrə təkrar şikayət edən şəxs müraciətini geri götürdüyündən işə mahiyyəti üzrə baxılmayıb, 1 iş üzrə təkrar şikayətin predmeti məhkəmədə mübahisələndirildiyindən başlanmış icraata xitam verilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551
avatar

Oxşar yazılar