Vəkil Fuad Ağayev həbsdə olan jurnalist Rauf Mirqədirovla görüşüb.
Bu barədə APA-ya məlumat verən F. Ağayev bildirib ki, R. Mirqədirovun vəziyyəti yaxşıdır: “Rauf Mirqədirov ona qəzetlərin verilməməyindən şikayət elədi. Bildirdi ki, yalnız dövlət qəzetləri verilir. Həmçinin ailə üzvləri ilə görüşə bilmir. Bir neçə gün əvvəl görüşə icazə verilməsi barədə müraciət etsək də, cavab verilməyib. Həbs olunmasında isə Rusiyanı günahlandırır. Hesab edir ki, Rusiya siyasətini tənqid edən yazılar yazması onun həbsinə səbəb olub”.
Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.