Vəkil: Gülər Əhmədovaya bəraət verilməsinə çalışacağıq
05 may 2014 18:51 (UTC +04:00)

Vəkil: Gülər Əhmədovaya bəraət verilməsinə çalışacağıq

0

“Gülər Əhmədova barəsində bəraət hökmü çıxarılması üçün çalışacağıq”.


 

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında sabiq deputat, bu gün məhkəmə zalından azadlığa buraxılan Gülər Əhmədovanın vəkili Əfsər Talıbov bildirib.

 

Vəkil deyib ki, Ali Məhkəmədə kassasiya şikayətləri təmin olunmasa, bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər: “Bundan sonra atılacaq  addımlarla bağlı Gülər Əhmədova ilə məsləhətləşəcəyik. Hələlik o bizə bununla bağlı bir söz deməyib. Gülər Əhmədova nə qərara versə, onu icra edəcəyik”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 785

Oxşar yazılar