VAZ 66 yaşlı qadını vurdu
16 fevral 2018 18:47 (UTC +04:00)

VAZ 66 yaşlı qadını vurdu

0

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı avtomobil yolu keçmək istəyən 1952-ci il təvəllüdlü Cəfərova Hamayıl Məmməd qızını vurub. Qadın dərhal Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

 

Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar