Vaqif Səmədoğluna "İstiqlal" ordeni verildi
05 iyun 2014 19:31 (UTC +04:00)

Vaqif Səmədoğluna "İstiqlal" ordeni verildi

Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun 75 illik yubiley tədbiri keçirilir.

 

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev prezident İlham Əliyevin Vaqif Səmədoğlunun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncamını və təbrik məktubunu oxuyub.

 

V. Səmədoğlu Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

 

R.Mehdiyev elə səhnədə V.Səmədoğluna "İstiqlal" ordenini təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar