“Bakıda gizli radarlar yoxdur”.
Bunu Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, Bakıda gizli radarların olması ilə bağlı deyilənlər sürücülər tərəfindən söylənilən bəhanələrdir: "Radarlar gizli yox, ağıllı olur. Bu radarlar istənilən yol hərəkət qaydasını pozan sürücünü çox asan aşkar edir və 24 saat müddətində həmin sürücünün aşkar edilməsi üçün aidiyyatı üzrə yerlərə elektron poçt vasitəsi ilə məlumat göndərilir. 2 gün müddətində həmin sürücüyə xəbərdarlıq edilir".